Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Çingiz Mustafayevi unutmayanlar unudulmadı - FOTOLAR

Ötən gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Çingiz Mustafayev Fondunun keçirdiyi tədbirə bir sıra media nümayəndələri dəvət olunub.

Fondun prezidenti, Milli Qəhrəmanın qardaşı Vahid Mustafayev qonaqları salamladıqdan sonra, Çingiz Mustafayevin anım günündə onunla bağlı mətbuatda yazılar dərc edən KİV nümayəndələrinə təşəkkür edib. O, mətbuatda silsilə yazıların çoxluğunun yer almasını Çingizin hələ də sevilməsi, unudulmaması ilə əlaqələndirib. Daha sonra çıxış edən media nümayəndələri Milli Qəhrəmanın Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayaraq, onun hər zaman yaddaşlarda qalacağını bildiriblər.

Sonra isə fondun rəhbərliyi tərəfindən jurnalistlərə simvolik hədiyyələr təqdim edilib.

www.yenicag.az

1892
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM