Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Dağlıq Qarabağ bizim də problemimizdir” - Ərdoğan “Azadlıq” meydanında çıxış edir

Reklam: High Technic

Bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100-cü ildönümü ilə əlaqədar bayram paradı keçirilir.

Yenicag.az xəbər verir ki, paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşlıq nümunəsi olaraq Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeirini səsləndirib.

O, çıxışında iki dövlət arasındakı münasibətlərdən, Dağlıq Qarabağ problemindən danışıb:

“Əvvəlcə, qonaqpərvərliyi üçün İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Azərbaycanın müstəqilliyi üçün canından keçən bütün şəhidlərimizi yad edir, onlara Allahdan rəhmət diləyirəm. Onlar fədakarlığı və cəsarəti ilə Türkiyə və Azərbaycanın qardaşlığının təməlini qoydular.

Bizlər dünyanın 34 fərqli ölkəsində 78 ayrı şəhidliyi olan ölkəyik. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin məzarı olan ölkədir. Türkiyə ilə Azərbaycan keçmişi, mədəniyyəti, dili, dini bir olan iki qardaş ölkədir.

Bir əsr öncə aparılan mübarizə bizim dostluğumuzun simvoludur. Bəziləri buna qarşı çıxırlar. O vaxt aldıqları zərbəni hələ də unuda bilmirlər. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin yox olması üçün çalışırdılar. Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun burada göstərdiyi mübarizə sayəsində qardaşlığımızın təməlini qoymuş oldular.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən qazanmasından sonra onu ilk tanıyan ölkənin Türkiyə olması heç də təsadüfi deyil. Bu, qardaşlığımızın göstəricisidir. Azərbaycana əlimizdən gələn hər cürə dəstəyi verdik və verməyə də davam edəcəyik.

Müstəqillikdən sonra Türkiyədə təhsil alan azərbaycanlıların sayı 125 mini keçib. Hələ də 15 mindən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Əfqanıstan kimi ölkələrdə əsgərlərimiz birlikdə fəaliyyət göstərdi. Bu uğurlarda Ümumilli lider Heydər Əliyevin rolu danılmazdır.

Azərbaycan ağlayarsa, biz də ağlayarıq. Sevinsə, biz də sevinərik. Dağlıq Qarabağ problemi bizim də problemimizdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanı sonunadək dəsdəkləyəcəyik.

Qardaşımızın torpaqlarının 20 faizini işğal edənlərin bizdən sərhədi açmağımızı gözləməsi boşunadır. Addım atmalı olan işğalçılardır. Biz bütün qonşularımızla yaxşı münasibətlər qurmaq istəyirik. Dağlıq Qarabağ problemi çözülməzsə, bu iş olmaz”.

www.yenicag.az

2674
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS