!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük güclərin Ərdoğanı devirmək planı: "Türkiyə dövlətçiliyini sarsıtmaq, hakimiyyəti zorla ələ keçirmək..." - ŞƏRH

!Reklam – Yazi

“Türkiyə dövlətinin qarışdırmaq istəyənlərin aqibəti heç də yaxşı olmayacaq”.

Bu sözləri Türkiyədə dövlət çevrlişi planları, maraqlı güclərin bu yöndəki fəaliyyəti və ehtimal olunan nəticələri şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Türkiyə Prezidentini devirmək planına zəlzələdən əvvəl start verilmişdi:

“Zəlzələ baş verəndən sonra və eləcə də ondan əvvəl bir sıra atılan addımlar, verilən göstərişlər Türkiyənin başının üstündə qara buludlar olduğunu nümayiş etdirdi. Maraqlı məqam ondan ibarətdir ki, məhz zəlzələ baş verməmişdən bir neçə müddət öncə böyük dövlətlər İstanbulda yerləşən konsulluqlarını bağladı.

İndi isə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Türkiyə dövləti səfərbər olarkən, 60 dövlət Türkiyəyə yardım edərkən Rəcəb Tayyib Ərdoğanı devirmək üçün mülahizələr irəli sürülür. Türkiyə Prezidenti ölkəni çətin durumlardan inkişaf səviyyəsi yüksək, geosiyasi maraqları təmin olunan, milli və dövlətçilik maraqları ən yüksək səviyyədə özünü göstərən dövlət halına gətirib, Türkiyəni regional gücdən qlobal gücə çatdırıb.

Rəcəb Tayyib Ərdoğanın atdığı addımlar – zəlzələ bölgəsinə səfər etməsi, fəsadların aradan qaldırılması və zəlzələdən zərər çəkən şəxslərə kompensasiya verilməsi yönündəki  mühüm qərarları onu göstərir ki, onun ürəyi xalqla döyünür.

Düşünürəm ki, Türkiyə düşdüyü çətin vəziyyətdən çox böyük uğurla çıxacaq. Hər hansı məkirli, qərəzli, Türkiyə dövlətçiliyini sarsıtmaq, hakimiyyəti zorla ələ keçirmək, zəlzələdən fürsət kimi istifadə edib özünə divident qazanmaq istəyənlərin təşəbbüsləri ürəyində qalacaq. İndidən Türkiyə dövləti öz tədbirlərini həyata keçirir”.

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv