Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha üç seçki məntəqəsinin nəticələri ləğv edildi

Reklam: High Technic

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat verən MSK üzvü İlkin Şahbazov şikayətlərin araşdırılması zamanı bir çox məqamların aydınlaşdığını vurğulayıb.

Onun sözlərinə görə, həmin dairənin 4,8,9 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkarlanıb.

“Bundan əlavə, sosial şəbəkələrdə yayılan görüntülərdə də bu kimi hallar əks olunub. Müraciət edən namizədlər seçki dairəsi üzrə ümumi nəticələrin ləğvini tələb ediblər”.

MSK qərara alıb ki, adıçəkilən məntəqələrin nəticələri etibarsız sayılsın.

Qeyd edək ki, 32 saylı Suraxanı Seçki Dairəsi üzrə lider namizəd Afət Həsənovadır.

www.yenicag.az

319
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100