Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Damlanın konsertinin vaxtı dəyişdirildi – KORONAVİRUSA GÖRƏ

Müğənni Damlanın martın 25-i Heydər Əliyev Sarayında nəzərdə tutulan konsertinin vaxtı dəyişdirilib.

Bunu müğənninin sözçüsü Əfruzə Ağayeva Yenicag.az-a açıqlamasında bildirib.

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq Damlanın da konsertinin vaxtı aprelin 25-ə təyin olunub.

Konsert eyni məkanda baş tutacaq. Alınan biletlər öz qüvvəsindədir.

Qeyd edək ki, xalq artisti Röya və “Bu şəhərdə”nin də Heydər Əliyev Sarayında nəzərdə tutulan konsertlərinin tarixi koronavirus səbəbindən dəyişdirilib.

Cəvahir

Loading...

www.yenicag.az

2681
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100