Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2018: Mundialdan kənarda qalan ulduzlar

Reklam: High Technic

9 gün sonra bütün dünyanın diqqəti Rusiyaya yönələcək.

Yenicag.az xəbər verir ki, dünya çempionatına ev sahibliyi edəcək şimal qonşumuzda bir ay müddətində əsl futbol bayramı yaşanacaq. Ancaq azarkeşlər bir çox ulduz futbolçuları mundialda görə bilməyəcək.

Bəzi ulduzlar komandanlarının Dünya Çempionatının final mərhələsinə qatılmamasına görə, bəziləri də zədə və baş məşqçisinin qərarı ilə mundialdan kənarda qalacaq.

Məsələn, Uels millisi sözügedən turnirə vəsiqə qazanmadığı üçün “Real”ın ulduz futbolçusu Qaret Beyl və “Arsenal”ın yarımmüdafiəçisi Aaron Remzi turniri televizordan izləyəcəklər. Eyni aqibətlə üzləşənlər arasında David Alaba (Avstriya), Marek Hamsik (Slovakiya), Yan Oblak, Kevin Kampl (hər ikisi Sloveniya) Aleksis Sançes, Arturo Vidal, Klaudio Bravo (hər ikisi Çili), Edin Dzeko, Miralem Pyaniç (hər ikisi Bosniya və Herseqovina), Pyer-Emerik-Obameyanq (Qabon), Vinsent Aboubakar (Kamerun), Antonio Valensiya (Ekvador), Ryad Mahrez (Əlcəzair) kimi futbolçular da var. Aryen Roben, Uesli Sneyder, Vircil van Dayk, Rayan Babel kimi ulduzlar isə Hollandiya millisi mundiala vəsiqə qazanmadığı üçün qonaq qismində çıxış edəcəklər.

İtaliya millisinin 60 il sonra dünya çempionatından kənarda qalmasına görə, futbol azarkeşləri mundialda Canluici Buffon, Corco Kellini, Leonardo Bonuççi, Daniele de Rossi, İnsiqne kimi oyunçuları canlı görə bilməyəcək. Leroy Sane (Almaniya), Mauro İkardi (Argentina), Dadja Nainqolan (Belçika) kimi ulduzlar isə baş məşqçi qərarlarının qurbanı olub. Braziliya millisinin müdafiəçisi Dani Alves isə zədəsinə görə mundialdan kənarda qalacaq.

PSJ-nin heyətində Fransa kubokunun finalında zədələnən təcrübəli futbolçunun müalicəsi 6 ay davam edəcək. Fransa yığmasının təcrübəli müdafiəçisi Loran Kosenli isə “Arsenal”ın heyətində “Atletiko”ya qarşı oyunda zədələnib. Fransızların digər ulduz futbolçusu Kərim Benzema isə seks kaseti qalmaqalına görə yığmadan kənarda qalıb.

İngiltərə seçməsinin futbolçusu Aleks Oksleyd-Çemberlen də zədənin qurbanı olub. “Liverpul”un ulduz oyunçusu “Roma” ilə qarşılaşmada zədələnib.

Qeyd edək ki, oyunlar iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək.

İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Emin Səfərov

www.yenicag.az

2652
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100