Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

DƏHŞƏT! - 6 yaşlı qız orta məktəbdə ölüb - SƏBƏB/YENİLƏNDİ

Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilib ki, bu gün 12:30 radələrində şagirdin halı pisləşib və qıcolma keçirib.

“Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub. Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik”- deyə məlumatda bildirilib.

***

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

Yenicag.az-ın məlumatına görə, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 6 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

875
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM