!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT: Avtobus sürücüsü sükan arxasında infarkt keçirdi - VİDEO

!Reklam – Yazi

Antaliyada avtobus sürücüsü sükan arxasında infarkt keçirib.

Yenicag.az türk mətbuatına istinadən xəbər bildirir ki, sükan arxasında halı pisləşən 47 yaşlı İsmayıl Atladı adlı sürücü mərkəzə zəng edərək, vəziyyəti barədə məlumat verib, sərnişinlər üçün avtomobil göndərmələrini tələb edib.

O, daha sonra sərnişinlərə müraciət edərək, avtobusu saxlamaq məcburiyyətində olduğunu deyib:

“Özümü yaxşı hiss etmirəm Məndən bu qədər. Heç kimin həyatını riskə ata bilmərəm. Avtobusu saxlamalıyam. Qolum tutulur, sinəm ağrayır deyib”.

Sərnişinlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Ağrı çəkdiyi üzündən hiss olunan avtobus sürücü üçün təcili tibbi yardım çağırılıb və onu xəstəxanaya aparıblar.

Həkimlərin bildirdiyinə görə, əməliyyat olunan sürücünün hazırkı vəziyyəti normaldır.

Qeyd edək ki, avtobusda 50 sərnişin olub. Hadisə 10 avqust tarixində baş verib.

www.yenicag.az

5690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv