Bakıda daha bir tələbə dəm qazından boğulub.
Yenicag.az-ın məlumatına görə, hadisə dekabrın 4-də baş verib.
Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.
N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.
Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.