Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputat: "Bayrağa parça deməyə haqqımız yoxdur”

Reklam: High Technic

““Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9.5-ci maddəsində göstərilir ki, dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi ən azı 3 metrdən yüksək olsun. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Əgər biz qanunu qəbul edib onu bayraq adlandırırqsa, ona parça deməyə mənəvi haqqımız yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirə olunan zaman deyib.

H.Babaoğlu bildirib ki, həmin maddədə “parça” sözü “bayraq” sözü ilə əvəz olunmalıdır. Millət vəkili həmçinin, qeyd edib ki, qanunun 9.3-cü maddəsində “dövlət bayrağı bütöv olmalı” sözünə də ehtiyac yoxdur. Çünki bayrağın bütöv olması şərtdir.

Azərbaycan Respublikası Baş nazirinin dövlət bayrağından istifadə qaydaları haqqında qərarına gəlincə, H.Babaoğlu deyib ki, bu məsələni vaxtilə müxalifət gündəmə gətirərək ictimai rəylə manipulyasiya etdi: “Burada rənglərin sağdan sola və soldan sağa düzümü məsələsi var. Ona görə də, bayrağa üzbəüz durub baxsaq, qaydalara uyğundur. Yerimizi dəyişdikcə, rənglərin yeri dəyişəcək. Əslində, belə qərarın verilməsinə xüsusi ehtiyac yoxdur. Amma əgər qərar qəbul olunubsa, tənqid etdiyimiz qədər ona bəraət də verə bilərik”.

Loading...

www.yenicag.az

1381
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100