!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar jurnalistin əmlakına göz dikiblər? - Mingəçevir Məhkəməsindən ədalətsiz qərar

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, bu barədə icmal.az saytına jurnalistin anası məlumat verib: “Yusubov Mirzə Üzeyir oğlu (07.07.1992 təvəllüd) təmsil etdiyi “Uğur-455″MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsi tərəfindən verilmiş hüquqi razılıq sənədinin müddətinin 13.11.2017-ci il tarixdə bitməsinə baxmayaraq 05.06.2018 ci ilə qədər qeyri-qanuni sahibkarlıqla məşğul olub, nəticədə 74272 manat ziyan vurub, ziyanın 14000 manatını ödəyib. 

ETSN-nin məhkəmədəki nümayəndəsi Fuad Əsgərov məhkəmədəki çıxışı zamanı dəymiş ziyanìn hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirib. 

M.Yusubov bu gunə qədər hec vaxt cinayət törətməyib, təmsil etdiyi cəmiyyət bu gunə qədər heç bir qanun pozuntusuna yol verməyib. Karxana ona rəhmətlik atasından miras qalıb. Hal-hazırda yaşlı anası, bacısı və bacısının azyaşlı qızı onun öhdəliyindədir. Evin tək oğludur, ürəyində zəiflik var, 2016-cı ildən 7NEWS.az saytında ictimai əsaslarla admin-müxbir vəzifəsində çalışır”. 

Məlumatda qeyd olunur ki, Vidadi Cabbarovun ittihamçı olduğu işin ədalətsiz tərəfi isə olduqca müəmmalı və maraqlıdır. Belə ki, müəssisədə rəhmətlik Üzeyirdən əlavə iki deputatın rəsmi, şərikli payı olub. Hər ay millət vəkilləri Azər Kərimli və Rüfət Quliyev ümumi dövriyyədən qalan xeyiri tam bölərək özlərinə götürüblər. Sadəcə Üzeyir Yusubov rəhmətə gedəndən sonra həyat yoldaşı Yusubova Dilşadın təkidi ilə oğlu Mirzə Yusubov formal olaraq direktor təyin edilib. Məhz buna görə də heç bir işdən xəbəri olmayan 25 yaşlı nümunəvi gənc jurnalist həbs təhlükəsi ilə üz-üzə qalıb. Müəssisəni isə şəriklərə görə satmaq mümkün deyil, onlar bu işə razıləq vermirlər. Ola bilər ki, gənc jurnalisti həbs etdurməklə onların müəssisə üzərində olan hüquqlarını əllərindən almaq niyyətindədirlər. 

Məsələ ilə bağlı İcmal.az-a açıqlama verən 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov Mirzə Yusubovun nümunəvi jurnalist olduğunu dedi: “Artıq bir müddətdir ki, mən olayı diqqətdə saxlayıram. Dövlətimizin regional və beynəlxalq imicinə zərbə vurmamaq üçün prosesi ictimailəşdirmək niyyətim yox idi. Ancaq Ulu Öndərin əsasını qoyduğu ədalətli məhkəmə sisteminə kimlərinsə şəxsi mənafe zəmnində kölgə salması yolverilməzdir. Bu işdə hamı bilir ki, 3 şərik var, Mirzənin anası 15 minə yaxın pul ödəyib, digər şəriklər isə yaxalarını tamamilə kənara çəkiblər. İstintaq bütün bu məqamları bilsə də, çox çətin sosial durumda olan gənc jurnalistə bütün cəriməni ödətdirmək niyyətindədirlər. Məsələ burasındadır ki, ittihamçı ödəmə üçün şans da tanımır. Düzdür 3 şərik öz aralarında bölgü etməli idilər. Etmədilər, olsun, ancaq bu adamı dərhal həbs etmək kimə nə verəcək? Ekologiya nazirliyi hissə-hissə ödənilməsinə razıdır. Sadəcə Mirzəyə lap xaricə çıxışına qadağa qoysunlar, ev həbsi versinlər. Ancaq bu günə qədər bir dəfə də həbsi olmayan, istedadlı gənc jurnalistin həyatını belə məhv etmək olmaz. Məsələ ilə bağlı ilk növbədə jutnalistlərin dostu Cənab Prezidentə müraciət edəcəyik, daha sonra Baş Prokurora, Ədliyyə nazirinə müvafiq müraciətlərimiz olacaq. Çünki bu olay həm də beynəlxalq aləmdə imicimizə zərbə vura bilər. Yenə də deyirəm biz gəncin hansısa ittihamlardan azad olmasını istəmirik, sadəcə adama şans tanınmalıdır. Böyük məbləğdir, ən azı 1 il, 2 il cədvəllə ödəmə şansı verilməlidir.”

Məsələni diqqətdə saxlayacağıq. 

www.yenicag.az

21030
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv