“Deputatların sayı artırılmalıdır” – Partiya sədri

“Ölkədə Konstitusiya dəyişikliklərini həyata keçirtmək, məhkəmə-hüquq sistemində, sosial-iqtisadi və idarəetmə sahəsində ciddi islahatlar aparmaq lazımdır”.

Yenicag.az xəbər veirir ki, bunu açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Sədr bildirib ki, bu islahatlar referendumla həll oluna biləcək məsələlərdir:

“Ölkədə referendumun keçirilməsi ilə bağlı məsələ uzun illərin mövzusudur. Son vaxtlar bu məsələ dəfələrlə gündəmə gətirilib. Bir neçə il öncə biz Azərbaycanda referendumun keçirilməsinin vacibliyini vurğulamış, təkliflər paketi təqdim etmişdik. Həmin paketdə konstitusiyada bir sıra dəyişikliklərin edilməsi ilə bağlı təkliflər var idi”.

Arzuxan Əlizadə qeyd edib ki, bu gün ölkədə yeni bir siyasi mühit formalaşıb:

“Xüsusi ilə torpaqlar işğaldan azad olunduqdan sonra tam yeni mühit yaranıb. İlk olaraq proporsional seçki sisteminini bərpası, parlametin say tərkibinin artırılması və idarəçilik sistemində dəyişikliklər, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi həyata keçirilməlidir”.

Arzuxan Əlizadə hesab edir ki, konstitusiya yeni şəraitə uyğunlaşmalıdır:

“Ölkənin idarəetmə sistemində ciddi dəyişikliklər edilməlidir, icra hakimiyyətlərinin struktur olaraq ləğv edilməsi gözlənilir. Biz bunu illərlədir deyirik. Yerli idarəetmədə səlahiyyətlərin tam olaraq bələdiyyələrə verilməsi, ən azından Türkiyə modelinə keçərək, yerlərdə Prezidentin səlahiyyətli nümayəndəsi və yeni institutların formalaşması istiqamətdə addımlar da var. İşğaldan azad olunmuş ərazilərdə Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib”.

Sədr bildirib ki, ölkədə proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac var:

“Xüsusi ilə də parlamentin say tərkibinin artırılmasına ciddi ehtiyac var. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub. O zaman ölkə əhalisi 7 milyon civarında idi. Hazırda isə 10 milyondan çoxuq. Bir deputatın əhatə etdiyi dairədə seçicilərin sayı kifayyət qədər artıb. Hesab edirik ki, parlamentin say tərkibinin artırılmasına ehtiyac var. Təklif etmişdik ki, bu say tərkib 151-200 nəfər arasında olsun”./Qaynarinfo

COP29