!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dilarədən xanımlara məsləhət: “Bunu kişilərdən gözləməyin”

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva gözəllik sirlərini bölüşüb.

Yenicag.az-a açıqlama verən aktrisaya görə önəmli olan qadının içindəki enerjidir:

“Çalışıram gözəl görünüm, gözəl geyinim, özümə baxım, bu, öz yerində. Amma vizual görüntünü qırağa qoysaq, əsas olan içindəki xoş enerjidir. Təbii ki, mən də insanam və içimdə bəzən paxıllıq hissləri baş qaldıra bilər. Amma beynim o saat deyir ki, içindəki paxıllıq hissini məhv elə, bloka sal. Çalışıram ruhumu çirkləndirməyim.

Bu saat gözəl olmaq üçün hər cür imkan var. Zövq də önəmlidir. Bir çox xanımlar var ki, gözü, qaşı, dodağı o qədər də gözəl deyil. Amma bir cəlediciliyi var. Mənə elə gəlir ki, qadını gözəl göstərən onun dərisi, bir də içinin gözəlliyidir. Kim nə deyirsə, desin, daxili gözəllik mütləq zahirə yansıyır”.

Dilarə xanımlara məsləhət də verib:

“Xanımlar, çalışın hər gün özünüz-özünüzə bayram yaşadın, o bayramı kişilərdən gözləməyin”.

Cəvahir

www.yenicag.az

1176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv