!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-lə bağlı şok iddia: Şagirdlərin taleyi ilə oynayır, kimlərəsə pul qazandırır

!Reklam – Yazi

Xəbər verildiyi kimi, 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək.

Tətbiq edilən yeniliklərin biri də xarici dil fənni ilə bağlıdır. Bu il üçün ciddi yenilik bundan ibarətdir ki, xarici dil fənnindən imtahanda dinləmə aparatından istifadə olunacaq. Hansı ki, bir çox orta təhsil məktəblərində bu tətbiq olunmur. Buna görə də tələbə adını qazanmaq istəyən abituriyentləri son dərəcə ciddi sınaq gözləyir.

Elə buna görə də, yeni modellə bağlı müzakirələr səngimək bilmir.

Yenicag.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov yeni modelin abituriyentləri çətin duruma salacaqlarını bildirib:

“Təəssüf ki, bu modelin hazırlanmasında Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq seyirci mövqeyində dayanıb, yoxsa xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı. Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib-anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilməyib. Nə disk, nə kaset, nə də başqa bir dinləmə aparmaq üçün vəsait olmadığı halda imtahana dinləyib-anlama üzrə tapşırıqların salınması nəyə əsaslanıb? Axı TQDK-nın və Təhsil Nazirliyinin dərsliklərin monitorinqi komissiyasının hazırki dərsliklərdə dinləyib-anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olub. Eyni zamanda, bütün dərsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür? Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib-anlamanı yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. Bu halda həm IX, həm XI siniflər üzrə təxminən 200 000 şagird dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?”

“Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib-anlama digər fənlərlə birlikdə, eyni auditoriyada aparılmır” deyən ekspert fikrini belə əsaslandırıb:

“Listening” aparılarkən şagirdlər həm ana dili, həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib-anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edərkən onlara “testi dayandırın, indi mətnə qulaq asıb, xarici dil tapşırıqları edin” deyiləcək. Yoxsa əvvəlcə qulaq asıb sonra riyaziyyat və ana dili testləri ilə birlikdə bu tapşırıqları edəcəklər? Bu, heç bir “Listening” imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib-anlamanı yalnız həmin dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər. Digər fənlərlə qarışıq edilməsi həm psixoloji, həm pedoqoji cəhətdən düzgün deyil.
Niyə bu model tətbiq edilməmişdən əvvəl həm Təhsil Nazirliyi, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı? Niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?”

K.Əsədov hesab edir ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirərək repetitor və hazırlıq kurslarına şərait yaradır:

“Çox maraqlıdır ki, Neftçala rayon Dördlər kəndində şagird informatika dərslərində kompüter üzü görmürsə, o, internetdə ingilis dilinə necə hazırlaşa bilər? Dinləmə haqda heç bir vəsait, heç bir disk və s. yoxdursa, bu şagird dərsdə bunu mənimsəmirsə, bəs necə imtahan verəcək?

Əlbətdə ki, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir. Təqdim olunun imtahan modeli onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir.

Təbii ki, xarici dil dedikdə təkcə İngilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız, rus, ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma ingilis dilindən fərqli olaraq bu dillər üzrə ümumiyyətlə resurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib, ortaya bir şey çıxara bilirlər. Alman, fransız, rus, ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur.

DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirərək repetitor və hazırlıq kurslarına şərait yaradır”.

Cəvahir

www.yenicag.az

3772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv