Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT: Şəxsi məlumatlarınızı qorumağın tək yolu - Sosial şəbəkələrdən...

Münasibət durumundan tutmuş, tətilimizi harada keçirdiyimizə qədər şəxsi həyatımızın az qala, bütün epizodlarını internet vasitəsilə paylaşırıq. Ancaq bunu da nəzərə almalıyıq ki, belə bir dövrdə – internet əsrində şəxsi məlumatların məxfiliyinin qorunması haradasa, mümkünsüz hala gəlib.

Yenicag.az internet hesabındakı paylaşımların həyatımıza təsiri və şəxsi məlumatlara necə nəzarət olunması barədə məlumatları təqdim edir:

Rəssam Banksin deyirdi ki, gələcəkdə hər kəs 15 dəqiqəlik anonim olacaq. Müasir internet dövründə bunun mümkünsüz olduğu görünür. Amma Endi Şarholun “15 dəqiqə məhşurluq” fikri onun fanatları və tənqidçiləri tərəfindən tənqid olunsa da, bu yanaşma XIX əsrdə hansısa məlumatın gizli saxlanılmasının çətinliyini ifadə edib.

“Bu gün, bizim əvvəl heç vaxt olmadığı qədər rəqəmsal cihazlarımz və onlarda bizim məlumatların toplandığı çoxlu sensorlar var” – Oksford Universitetinin professoru Viktor Mayer belə deyir.

Amerikada “Karyera qurucuları” şirkəti tərəfindən keçirilmiş sorğuya görə, keçən il namizədlərin 70%-inin seçilməsində sosial şəbəkədən istifadə edilib.

Həmçinin maliyyə qurumları kreditlərin verilməsi barədə qərar qəbul edərkən, potensial kreditorların sosial şəbəkə profillərini yoxlaya bilər.

Eyni zamanda, şirkətlər sizin vərdişlərinizi, siyasi görüşlərinizi öyrənmək üçün bir model yaradaraq, hətta sosial şəbəkə profillərinizdən istifadə etməklə, süni intellekt vasitəsi ilə gələcək vərdişlərinizi belə müəyyənləşdirə bilirlər. Buna imkan verməməyin tək yolu isə sosial mediadan uzaqlaşmaqdır.

Bəzi istifadəçilərin “Cambridge Analytica” sandalından sonra etdiyi kimi. Həmin vaxt “Facebook” 87 milyon istifadəçinin gizli məlumatlarından siyasi reklam üçün istifadə etmişdi. Sosial şəbəkə hesablarının silinməsi fərdi məlumatları qorumağın ən yaxşı yolu ola bilər.

Lakin bu, digər şirkətlərin saxladığı məlumatlara təsir göstərməyəcək. Xoşbəxtlikdən, bəzi ölkələrdə qanunvericilik bu kimi hallara qarşı müdafiəyə imkan verir. Avropa İttifaqında (Aİ) Ümumi Məlumat Qoruma Qaydaları (GDPR) “unudulmaq hüququ” – fərdi məlumatların silinməsi hüququnu özündə əks etdirir.

Böyük Britaniyada isə bu məsələlər İnformasiya Komissarı İdarəsi tərəfindən tənzimlənir.

Samirə Əliyeva

www.yenicag.az

3066
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100