!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Diriliş Ərtoğrul"da gözlənilməz ayrılıq - Məşhur aktyor serialı tərk edir

!Reklam – Yazi

Reytinq rekordları qıran “Diriliş Ərtoğrul”un baş rol aktyoru Engin Altan Düzyatan layihəni tərk edəcək.

Yenicag.az xəbər verir ki, Ərtoğrul Qazi obrazını canlandıran Düzyatan bu mövsüm sonunda “ölərək” ekran işindən ayrılacaq.

Xatırladaq ki, mövsümün əvvəlində Burak Özçivitin də layihəyə daxil olacağı iddia edilmişdi. Aktyor hətta saqqal saxlayaraq hazırlıqlara başlamışdı. Lakin məlum olub ki, Engin Altanla Burak Özçivit arasında gərginlik yaranıb. Türkiyə mətbuatı iddia edir ki, layihə rəhbərləri Engin Altan Düzyatanı serialından uzaqlaşdırmağa və yerinə Burak Özçiviti gətirməyə qərar verib.

Həlimə Sultanın ölümündə olduğu kimi, serialda tarix də dəyişəcək. Ərtoğrul Qazi bu mövsümün finalında öləcək. Növbəti mövsümdə serialın adı dəyişdirilərək “Diriliş” və ya “Kuruluş Osman” adı ilə davam edəcək. Osman Qazini Burak Özçivit canlandıracaq./publika.az/

www.yenicag.az

1908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv