Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Diş məcunu ilə bunları edə bilərsiniz

Diş məcunlarının sadəcə, dişləri təmizləmək və ağartmaq üçün lazım olduğunu düşünürsünüzsə, yanılırsınız.

İndi təqdim edəcəyimiz üsullar sizə təəccüblü gələ bilər, ancaq bunları gündəlik həyatınızda sınaqdan keçirtməyinizdə fayda var.

1. Qaralmış gümüşlərinizi az miqdarda diş məcunu ilə silsəniz, əvvəlki kimi parıldayacaq.

2. Həmçinin, diş məcunu maşınlarınızın faralarını təmizləmək üçün də ideal maddədir.

3. Davamlı olaraq barmaqlarla təmasda olan pianino dilləri saralır və çox pis görüntü yaradır. Nəm parçaya azca diş məcunu çəkib dillərə sürtsəniz, qısa müddətdə əvvəlki bəyazlığı əldə edə bilərsiniz.

4. Ağ ayaqqabıları da diş məcunu ilə təzələyə bilərsiniz.

5. Sualtı gözlüklərin şüşələri tez-tez buxarlanır. O zaman onun içinə incə təbəqə halında diş məcunu sürtün və yuyun. Bundan sonra bu problemlə üzləşməyəcəksiniz.

6. Taxtadan olan mebelləri təmizləmək üçün kimyəvi məhsullara ehtiyacınız yoxdur. Bunun üçün onları diş məcunu ilə təmizləmək kifayətdir.

9. Yəqin ki, ən çox bu üsul dadınıza çatacaq. Paltarlarınızdakı yemək ləkələrini asanlıqla aradan qaldırmaq istəyirsinizsə, ləkəli hissəyə diş məcunu sürtərək, azca fırçalayın.

8. Boru və krantlardakı ləkələri də diş məcunu ilə təmizləmək mümkündür.

9. Ütülərin altındakı dəliklər tez-tez tutulur və buxar vermir. Bunun çarəsi isə onu diş məcunu ilə bircə dəfə silməkdədir.

10. Telefonların arxasındakı cızılmaları da bu maddə vasitəsilə aradan qaldırmaq mümkündür.

11. Əllərinizdən gələn soğan, sarımsaq və digər pis qoxuları birdəfəlik yox etmək üçün ovcunuza diş məcunu çəkib, su ilə yaxalayın.

 

 

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1541
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM