Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DMX-dan Azərbaycanda olan və yaşayan əcnəbilərə MÜRACİƏT

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 256 nömrəli Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti 2020-ci il 5 avqust saat 06:00-dək uzadılıb. Xüsusi rejim Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərini və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarını əhatə edir.

Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, eləcə də olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilərin icazəsi 21 iyundan etibarən tətbiq edilmiş qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı- https://migration.gov.az/press/news_content/14090). Həmçinin olduğu yer və ya yaşayış yerini tərk etmək üçün verilən icazə müddətinin 2 saatdan 3 saaatadək artırılmasını nəzərə alaraq, müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlərin (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməsi zəruridir. Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur”.

www.yenicag.az

417
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100