“Rusiya və Ukrayna arasındakı bu mürəkkəb vəziyyət, gələcəkdə sülhməramlıların və atəşkəsin nə dərəcədə təsirli olacağını göstərmək üçün ciddi sınaq olacaq”.
Son günlər ölkənin bir çox bölgələrində, xüsusən də paytaxt Bakıda, Şabran, İmişli, Ordubad, Siyəzən, Gəncə və Abşeron ərazilərində dəm qazından zəhərlənmə halları artıb. Son olaraq, Şabranda ana-bala, İmişlidə 3 nəfər ailə üzvü, Ordubadda isə ər-arvad, gəlinləri və qohumları dəm qazından zəhərləniblər.
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi kimi bu gündən xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə imtahanların keçirilməsinə başlanılıb.
Şövkət Orduxanov adına Qusar şəhər stadionu bir vaxtlar şimalın ən yaxşı idman qurğularından biri hesab olunurdu. Amma "Azərenerji" ASC'nin prezidenti Etibar Pirverdiyev Qusarı təmsil edən "Şahdağ" komandası kimi, bu stadionun da taleyinə "balta vurdu".
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
NEQSOL Holding universitetlərdə təhsil alan tələbə qızlara Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı vasitəsilə dəstəyini davam etdirir. Cari tədris ilində 50 yeni tələbə seçilərək proqrama qəbul olunub və ümumi iştirakçı sayı 100 nəfərə çatıb.