!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu 7 il sonra Vaqif İbrahimoğlunun vəsiyyətini açıqladı

!Reklam – Yazi

Görkəmli rejissor Vaqif İbrahimoğlunun doğum günüdür.

Tanınmış teatrşünas, əməkdar incəsənət xadimi Məryəm Əlizadə yaxın dostu, ustadı İbrahimoğlu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“Vaqif İbrahimoğlu Azərbaycan teatrının inkişafında böyük xidmətləri olan şəxsiyyətdir. Mən birinci kursdan dünyasını dəyişən günə qədər onun yanında oldum. Olduqca intellektual, zəngin dünyası olan bir şəxsiyyət idi. Qorxunc və sağalmaz xəstəliyə tutulmuşdu. Yaxın dostu Kamal Abdulla onun Türkiyədə müalicə olunması üçün əlindən gələni etdi. Həmin vaxt Vaqif müəllim mənə dedi ki, istəyirəm xəstəxanada mənim yanımda olasan. Mən ona dedim ki, onsuz da, sənin yanında olacam, madam ki, özün də bunu istəyirsən, lap yaxşı. Heç vaxt ölüm və xəstəliyi barədə onnu dilindən bir kəlmə söz eşitmədim. Çox həyatsevər bir insan idi. Ağır xəstə yatdığı vaxtlarda gecəyə qədər yanında olurdum. Dünyasını dəyişən gün oğlu, nəvələri Almaniyadan gəlmişdi. Onu o qədər öpdülər, ağladılar ki, bu mənzərəyə dözə bilmədim. Mətbəxə keçdim. Üstündən bir neçə saat keçdi, onu itirdik. Gözünü harasa zilləyib, gülümsünürdü”.

Məryəm Əlizadə dostunun son vəsiyyətini də xatırlayır:

“Vaqif vəsiyyət etmədi. Amma onun son sözlərini vəsiyyət kimi qəbul edirəm. Mənə dedi ki, Məryəm, həmişə gənclərə dəstək ol. Heyif ki, onu tez itirdik”.

Cəvahir

www.yenicag.az

3102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv