!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vaqif İbrahimoğlunun SON ARZUSU: "Türkiyədə xəstəxanada mənə dedi ki..." - Yaxın dostu açıqladı

!Reklam – Yazi

“Mən birinci kursdan dünyasını dəyişən günə qədər onun yanında oldum. Olduqca intellektual, zəngin dünyası ilə seçilən, Azərbaycan teatrının inkişafında böyük xidmətləri olan əvəzolunmaz, bənzərsiz şəxsiyyət idi Vaqif İbrahimoğlu”.

Görkəmli rejissor, Azərbaycan teatrında əvəzolunmaz xidmətləri olan Vaqif İbrahimoğlunun anım günüdür.

Tanınmış teatrşünas, əməkdar incəsənət xadimi Məryəm Əlizadə yaxın dostu, ustadı İbrahimoğlu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“Vaqifin sənəti ilə şəxsiyyəti üst-üstə düşürdü. O, Azərbaycan milli teatr düşüncəsində inqilab etmiş sənətkar idi.

Onun teatrının hər təbəqədən tamaşaçısı vardı. Mən həmişə ona deyirdim ki, sən insanlara intellekt ziyafəti verirsən. Dünyanın hansı yerində belə bir məkan var?

Ağır xəstəliyə düçar oldu. Türkiyədə müalicə olunanda mən onunla 3 ay bir palatada qaldım. Bütün xəstəxana işçiləri məəttəl qalmışdılar, deyirdilər, bu palatadan ancaq gülüş səsləri eşidilir. O, ölüm, xəstəlik barədə danışmırdı. Hər zaman pozitiv əhvalda idi. Ağır xəstəliklə çarpışırdı, xəstəxanada mənə dedi ki, Bakıya qayıdandan sonra hamınızı dostumun bağına yığacam, orda yeni tamaşalarımızın məşqini edəcəyik. Vaqif dostlarını, tələbələrini, aktyorlarını sevirdi, dəyər verirdi və onları qoruyurdu. Arsusu idi ki, onları başına yığıb, yeni tamaşalar hazırlasın. Amma amansız xəstəlik onu tez apardı”.

M.Əlizadə İbrahimoğlunun behiştdə olduğuna inandığını deyir:

“İki dəfə onu yuxuda görmüşəm. Həyatda kostyum geyinməyi sevməzdi, amma yuxuda kostyumda, qalstukda idi və “Yuğ” Teatrından üzü metroya sarı gedirdi. Mən arxadan qışqırıb onu çağırdım və qaçdım ki, ona çatım. İnanıram ki, o, behiştdədir və bu dəqiqə ordan bizə baxır”.

Cəvahir

www.yenicag.az

1425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv