Dövlət qulluğuna qəbul üçün müsahibənin nəticələri açıqlandı – Yenicag.Az

Reklam

Reklam

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 14 və 15-də elan edilmiş daxili müsahibələrdə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Mədəniyyət Nazirliyində Aparat rəhbərinin müavini – şöbə müdiri, Təhsil Nazirliyində isə şöbə müdiri və regional bölmələrin rəhbərinin müavini vəzifələridir.

Qeyd olunan dövlət orqanları tərəfindən vakansiyaya çıxarılan 20 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 21 nəfər qeydiyyatdan keçib. Mədəniyyət Nazirliyi üzrə keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvəffəqiyyət göstəricisi 100%-dir. Ümumilikdə isə müsahibədə iştirak edən namizədlər arasında 17 namizəd vakant vəzifəyə uyğun hesab edildiyi halda, 2 namizəd vəzifə üçün uyğun hesab edilməyib, 2 namizəd isə müsahibədə iştirak etməyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3269
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."