!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət sirri olan sənədlərdən neçə il sonra istifadə etmək olar?

!Reklam – Yazi

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli nömrəli qanununun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.

Yenicag.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 4.7-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilir:

“Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər.”

Bundan başqa, Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 2.1. 5-ci hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

“Vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər”.

www.yenicag.az

2138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv