Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Dünya çempionatının milyoner hakimi - Bu işi hobbi kimi görür

Reklam: High Technic

Rusiyada keçirilən dünya çempionatının oyunlarına təyinat alan hakimlərdən biri də Born Keypersdir.

Yenicag.az xəbər verir ki, əslində milyoner olan referi bu işi hobbi olaraq görür.

Məsələ burasındadır ki, hollandiyalı ədalət təmsilçisinin şəxsi büdcəsi 12,4 milyon avrodur. Onun “C1000” adlı marketlər şəbəkəsi var. Buraya ümumilikdə 500 market daxildir.

Onun illik qazancı isə 3 milyon avro təşkil edir.

45 yaşlı referinin şirkəti eyni zamanda hollandiyalı F-1 pilotu Maks Verstappenin sponsorlarından biridir. Onun Tventedə 720 min avro dəyərində evi var.

Hollandiya çempionatında da hakimlik edən fit sahibinin bir oyunluq qazancı isə 6 min avro təşkil edir.

Qeyd edək ki, Keypers mundial çərçivəsində Misir-Uruqvay, Braziliya-Kosta-Rika, İspaniya-Rusiya, İngiltərə-İsveç matçlarında fit çalıb.

Emin

www.yenicag.az

895
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS