!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya müharibəsi QAPIDA: "Bəşəriyyət ölümə doğru gedir" - Bədbin PROQNOZ

!Reklam – Yazi

“Əgər dünya müharibəsi olsa, bu, bəşəriyyətin sonu olacaq”.

Bu sözləri dünyada ölkələrin silahlanmaya getməsi və gözlənilən Üçüncü Dünya müharibəsi ehtimalını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, dünya sürətlə Üçüncü Dünya müharibəsinə doğru gedir:

“Təəssüf ki, müasir zamanda beynəlxalq hüquq dərin böhran içindədir. Beynəlxalq hüquq işləmədiyi üçün dövlətlər, xalqlar silahlanır, o cümlədən Azərbaycan hərbi xərclərini artırır. Kasıb Ermənistan da hərbi xərclərini artırır. Rusiya Ukraynaya hücum edib, milli gəlirin təcxminən 30 faizi hərbi xərclərə gedir. Ukraynanın davam gətirmək imkanı yoxdur, ancaq Qərb Ukraynanın ehtiyaclarını ödəyir.

Dünya inadla, addım-addım Cahan müharibəsinə doğru gedir. Əgər dünya müharibəsi olsa, bu, bəşəriyyətin sonu olacaq.

ABŞ də hərbi büdcəsini artırıb. Bu, ABŞ tarixinin ən yüksək hərbi büdcəsidir. Fakt budur. Təəssüf etmək olar ki, bəşəriyyət, insan övladı ağıllanmır, eqoist hisslər ağlı, məntiqi üstələyir. Bəşəriyyət ölümə doğru gedir”.

Səxavət Məmməd

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv