!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi mübarizədə ortadan qalxan QARABAĞ AMİLİ: “Bu, iqtidar-müxalifət rəqabətinə...”

!Reklam – Yazi

“Mövqeyindən asılı olmayaraq, ölkənin bütün siyasi partiyaları Qarabağ məsələsində hakimiyyətlə ortaq mövqe tutublar”.

Bu fikirləri Azərbaycanın öz əraziləri üzərində suverenliyinin tam bərpa olunmasının iqtidar-müxalifət rəqabətinə mümkün təsirini dəyərləndirən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hakimiyyətin hər bir uğuru iqtidar-müxalifət rəqabətinə istər-istəməz təsir edir:

“Qarabağla bağlı məsələ Azərbaycanda hər zaman ümummilli xarakter daşıyıb. Bu səbəbdən, mövqeyindən asılı olmayaraq, ölkənin bütün siyasi partiyaları Qarabağ məsələsində hakimiyyətlə ortaq mövqe tutublar.

Düzdür, bəzi partiyalar birgə 44 günlük müharibə və ötən ay baş tutan antiterror tədbirləri ilə bağlı birgə bəyanata imza atmasalar da, son nəticədə hakimiyyətin bu uğurunu etiraf etməyə məcbur oldular.

Təbii, Qarabağ münaqişəsinin həll olunması hakimiyyətə xeyli üstünlük qazandırır və hakim komanda növbəti seçkilərdə bundan yararlanmağa çalışacaq.

Ancaq bütün hallarda hakimiyyətin hər bir uğuru iqtidar-müxalifət mübarizəsinə istər-istəməz təsir edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv