Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dünyada ən çox spirtli içki içilən ölkələrinin ADLARI

Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yeri tutub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının noyabrda dərc edilən sağlamlıq nəşrində yer alıb.

Qeyd olunub ki, Litvada bir nəfər orta hesabla il ərzində 12,3 litr spirtli içki qəbul edir.

Litvadan sonra Avstriya (11,8 litr) və Fransa (11,7) gəlir. İlk beşlikdə Çexiya (11,6 litr) və Lüksemburq da (11,3 litr) var. Altıncı yerdə qərarlaşan dövlətlərin sakinləri orta hesabla il ərzində 11,2 litr spirtli içki qəbul edir. Bunlar Latviya və İrlandiyadır.

Macarıstan Rusiya ilə birlikdə, 11,1 litr göstərici ilə yeddinci yerdə qərarlaşıb. Almaniya (10.8 litr), Portuqaliya (10.7 litr) və Polşa (10.6 litr) vətəndaşları ilk onluğun sonuncu üç yerini tutublar.

Vətəndaşlarının ən az içki qəbul etdiyi dövlətlər isə İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr), Hindistan (3.0 litr) və Kosta Rikadır (3.8 litr)./Reprort/

www.yenicag.az

453
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM