!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Efirdə ürəyi gedən əməkdar artist: "Yalvardım ki..." - VİDEO

!Reklam – Yazi

Efirdə halı pisləşərək yerə yıxılan əməkdar artist, aktrisa Nahidə Orucovanı özünə gətirmək üçün təcili tibbi yardım maşını çağrılıb.

Aktrisa ilə maraqlandıq. Yenicag.az-a açıqlamasında o, səhhəti ilə bağlı bunları dedi:

“Səhərdən telefonum susmur, hamı narahatdır. Qohum əqrəba bir-birinə dəyib. Hələ istəmirdim efirdə o görüntülər getsin. Yalvardım ki, verməyin. Çünki mən şou adamı deyiləm. Çox az yeyirəm, gün ərzində şorbadan başqa heç nə ilə qidalanmıram. Bu da sağlamlığıma mənfi təsir göstərir. Efirdə gözləmədiyim halda vəziyyətim pisləşdi, yıxıldım. Təcili tibbi yardım maşını çağırdılar, özümə gəldim. Həkimlər deyir, ac qalsan, yenə də halın pislləşəcək. Amma hamı deyir ki, gözə gəldim. Neyləyim ki, Allah məni belə yaradıb”.

Qeyd edək ki, aktrisa ARB-nin “Səhər-səhər” verilişində aparıcıdır. O verilişin çəkilişi zamanı yıxılıb.

Cəvahir

www.yenicag.az

3522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv