Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əfqan çoban da Türkiyənin həmrəylik kampaniyasına qoşuldu: “Öz dövlətim kimi dəstək verdim” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz bizə yetərik Türkiyəm” şüarıyla başlatdığı Milli Həmrəylik Kampaniyasına 200 lirəsini bağışlayan Qarsda çobanlıq edən Əfqanıstan əsilli Sadiq Uzbek Türkiyəni öz ölkəsi kimi gördüyü üçün dəstək verdiyini söyləyib.

Yenicag.az xəbər verir ki, Qarsın Səlim mahalına bağlı Tozluca kəndində dörd uşağıyla yaşayan Uzbek Sosial Yardımlaşma və Həmrəylik Fondundan aldığı yardımdan əlavə, çobanlıqdan qazandığı pulla dolanışığını təmin edir.

Kampaniyaya verdiyi dəstəklə duyğulandıran Uzbek jurnalistlərə açıqlamasında Türkiyədə çox xoşbəxt olduğunu deyib.

Milli Həmrəylik Kampaniyasını televiziyadan öyrəndiyini və imkanları daxilində dəstək vermək istədiyini söyləyən Uzbek “Prezidentimizi çox sevirəm. Burada bir-birimizə çox bağlıyıq. Öz dövlətim kimi getdim dəstək verdim. Türkiyəni çox sevirəm, burada işləyirəm və çox xoşbəxtəm. Övladlarımla, ailəmlə burada yaşayıram”, – deyib..

Qeyd edək ki, Milli Həmrəylik Kampaniyasına dəstək olmaq üçün Səlim bələdiyyəsinə gedən Sadiq Uzbek ilə bələdiyyə işçiləri ilə yaşanan dialoq işçilərdən birinin mobil telefonu vasitəsilə çəkilmişdi.

Görüntülərdə bələdiyyə nümayəndəsi hər hansı bir ehtiyacı olub olmadığını soruşduqda Uzbek bu sözləri deyib: “Dövlətə yardım etmək üçün gəlmişəm, 200 lirə bağışlayacağam. Ehtiyacım olsa da, olmasa da pul verəcəyəm. Özümə bir çarə taparam, problem deyil. Allah böyükdür”.

www.yenicag.az

367
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100