Əhalinin dinamik artımı Azərbaycandakı iqtisadi inkişafla bağlıdır – Deputat

Demoqrafik vəziyyətin yaxşı olması ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf və həyata keçirilən sosial siyasətlə bağlıdır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, ölkəmizdə əhalinin sayı dinamik olaraq artmaqdadır: “Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir. Çünki hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var. Qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır. Beləliklə, əhalinin sayı azlır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur. Bu isə milli inkişafın perspektivlərinə həm iqrisadi, həm də strateji müstəvidə mənfi təsir göstərir. Ancaq ölkəmizdə əhalinin artımı stabil və dinamikdir. Bu, ilk növbədə Azərbaycanda mövcud olan iqtisadi inkişaf və sosial siyasətlə bağlıdır. Çünki rifah olmayan ölkədə əhali artımını təmin etmək mümkün deyil. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq əhali artımını məhz bu faktorla izah edərək bildirdi ki, ölkədə demoqrafik vəziyyət normaldır. Bu isə sosial rifahın inkişafı ilə bağlıdır”.

H.Babaoğlu əlavə edib ki, müasir dövrdə gənclər ailə həyatı qurarkən ailə planlaşdırması aparırlar. Burada da əsasən ailə büdcəsi və ailə planlaşdırılması düz mütənasiblik təşkil edir: “Yəni dünyaya gələcək uşaqlar ailə büdcəsi nəzərə alınmaqla planlaşdırılır. Düşünürəm ki, ölkədə demoqrafik vəziyyətin yaxşı olması həm də millətimizin gələcək inkişafını şərtləndirir”.

COP29