!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron siqaretlər haqqında YANLIŞ TƏSƏVVÜR: “Adi siqaretlərin yaratdığı xəstəlikləri...”

!Reklam – Yazi

“Siqaretlərin tərkibindəki nikotin insanda bu maddəyə qarşı birbaşa asılılıq yaradır”.

Bu fikirləri elektron siqaretlərin zərəri barədə danışan həkim Fuad Mahmudov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, elektron siqaretin zərərsiz olduğuna inananlar bu yolla guya sağlamlıqlarını qoruduqlarını düşünürlər:

“Son dövrlərdə siqaretdən imtina edə bilməyən insanlar çıxış yolunu elektron siqaretlərə “keçməkdə” görürlər. Siqaretlərın hamısı, o cümlədən, elektron siqaretlərin insan orqanizminə zərəri çoxdur.

Tütün məmulatları kapilyarlar da daxil olmaqla, qan damarlarında spazm yaradır. Standart siqaretlərə nisbətən elektron siqaretlərin tərkibində zərərli maddələrin az olmasına baxmayaraq, onlar da damarlarda spazm yaradır və tənəffüs yollarına mənfi təsir göstərir.

Siqaretlərin tərkibindəki nikotin insanda bu maddəyə qarşı davamlı asılılıq yaradır. Aparılan araşdırmalara əsaslanaraq onu deyə bilərik ki, standart siqaretlərin səbəb ola biləcəyi xəstəlikləri elektron siqaretlər də yarada bilər.

Yəni adi siqaretdə olan maddələr, həmçinin nikotin elektron siqaretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir”.

Nuray Məmmədzadə

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv