!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideyn səhlənkarlığından YARANAN TƏHLÜKƏ: “Uşaqlarda zərərli meyillərə maraq…”

!Reklam – Yazi

“Yeniyetməlik böhran yaş dövrü hesab olunur və bu zaman uşaqların zərərli vərdişlərə meyli arta bilər”.

Bu fikirləri yeniyetmələrin kirminal aləmə və başqa zərərli meyllərə maraqlarının artma səbəbini şərh edən psixoloq Aygün Ağabalayeva Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeniyetmələrin zərərli vərdiş və meyllərə maraq göstərmələrinin əsas səbəbi valideyn diqqətsizliyidir.

“Hər bir uşağın şəxsiyyət kimi formalaşması ailədən başlayır. Valideynlərin diqqətsizliyi və ya zorakılığı uşaqlarda natamamlıq kompleksini yaradır.

Yeniyetməlik dövrü isə həm də özünütəsdiq dövrüdür. Bu yaş dövründə yeniyetmələr kənar faktorların və öz yaşıdlarının təsirinə daha tez düşürlər.

Valideyn hər yaşda, xüsusilə də yeniyetməlik dövründə övladına sevgi və diqqət göstərməlidir. Həmçinin məktəblərdə də yeniyetmələri zərərli vərdiş və meyllərdən uzaqlaşdırmaq üçün maarifləndirici işlər görülməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv