!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elman Rüstəmov: Azərbaycan bankları problemli kreditlərlə bağlı fərmandan ikiqat qazanacaqlar

!Reklam – Yazi

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman ölkənin bank sektoruna böyük dəstək olacaq.

Yenicag.az xəbər verir ki, bunu yerli televiziya kanalına müsahibəsində Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov vurğulayıb ki, bu sərəncam bütün sektorun sağlamlaşdırılmasına müsbət təsir göstərəcək: “Bu, hazırda kapital problemi olan bəzi bankları bütünlüklə sağlamlaşdırmağa kömək edəcək”.

AMB sədrinin sözlərinə görə, bunun nəticəsi olaraq bazarda ucuz kredit resursları yaranacaq ki, bu da iqtisadiyyatı fəal şəkildə kreditləşdirməyə kömək edəcək:

“Banklar bu fərmandan ikiqat qazanacaqlar. Bankların balansı sağlamlaşacaq və onlar iqtisadiyyat kreditləşməsi üçün ucuz vəsaitlər əldə etmiş olacaqlar”./Trend/

www.yenicag.az

2527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv