Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Elmə ayrılan vəsait artırılır

2020-ci ildə elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.

Layihəyə görə, bu vəsait 2019-cu illə müqayisədə 57,4 milyon manat və ya 42,1 faiz çoxdur.

2020-ci ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 12,3 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsait fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, dövlət və qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldiləcək.

Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna 4,2 milyon manat və elm müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10,0 milyon manat vəsait proqnozlaşdırılıb.

2020-ci ilin dövlət büdcəsində elm xərcləri köməkçi bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri isə 4,2 milyon manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 0,3 milyon manat və ya 7,5 faiz çoxdur.

www.yenicag.az

161
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM