Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Elnarə özündən çıxdı: “Baxıb əsəbiləşirəm”

Müğənni Elnarə Xəlilova beş ildir ki yerli telekanallara baxmadığını deyib.

Yenicag.az-a açıqlama verən sənətçi bunu televiziyalarda nümayiş olunan verilişlərin səviyyəsinin aşağı olması ilə izah edib:

“Beş ildir yerli telekanallara baxmıram. Çünki baxıb əsəbiləşirəm. Bayağı hərəkətlər məgər birdir, ikidirmi ki sadalayım. Hansı birini deyim? Özümə də sual verirlər ki, niyə efirlərə çıxmırsız? Soruşuram hansı efirə? Barmağını qatla ki, filan tutarlı verilişə çıx. Yoxdur axı elə bir efir. Mənə o efiri tapmaq çox çətindir. Əslində o aparıcıları və orada qonaq olan müğənniləri də qınamıram, çünki onları o vəziyyətə salanlar var. Söhbət bu səlahiyyəti onlara verənlərdən gedir. Türkiyə, Rusiya kanallarına baxıb həsəd aparıram. Verilişlərinə baxıb maariflənirsən, nəsə öyrənirsən. Amma bizim verilişlərə baxıb vaxt və enerji itirirsən. Buna görə də niyə baxım axı? Həvəslə getdiyim çox az sayda verilişlər var, yerdə qalan əksər verilişlər pis gündədir. Biabırçılıqdır”.

Cəvahir

Loading...

www.yenicag.az

10746
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100