Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elon Musk fantastik layihəsini həyata keçirdi - Yeraltı tunelinin açılışını etdi - VİDEO

Uzun gözləntilərdən sonra Elon Musk Los Ancelesin əyalət şəhəri Xotornda ilk yeraltı test tunelinin açılışını etdi. Lakin bununla belə Musk bütün dünyanı təəccübləndirə bilib. Belə ki, o, yeraltı tunel nəqliyyatının konseptini tamamilə dəyişib. Belə ki, ilk test tunelində Loop kapsulu və ya xüsusi platformanın yerinə Tesla elektromobili işə salınıb. Test tunelinin açılışı zamanı Musk bildirib ki, o, avtomobillərin tunel üzrə daşınması üçün nəzərdə tutulmuş xüsusi platformalar və sərnişinlər üçün olan Loop kapsulundan imtina edib. Beləliklə Tesla ilə The Boring Company şirkətinin mühəndisləri elektromobillərin özlərini bir növ sürətli qatarlara çeviriblər.

Belə ki, Tesla elektromobilinin aşağı hissəsinə üfüqi müstəvi şəklində yerləşdirilmiş kiçik təkərlər quraşdırılıb. Onlar lazımi vaxtda elektromobilin aşağı hissəsinə daxil olur, laızmi vaxtda isə kənara çıxırlar. Onlar tuneldə elektromobili təyin edərək onun tunel divarlarına dəyməməsinə yardımçı olurlar. Musk-ın sözlərinə görə bu özəlliyi alıcının Tesla elektromobilini sifariş edən zaman ona əlavə etmək mümkün olacaq. Bunun isə qiyməti əlavə 200-300$ təşkil edəcək. Beləliklə alıcının Tesla elektromobili Loop sisteminin nəqliyyat növünə çevriləcək. Bu halda elektromobil tunelin kənarlarında yerləşdirilmiş beton səthlər vasitəsilə hərəkət edir.

Mütəxəssislər qeyd ediblər ki, The Boring Company tunelləri üçün məhz elə Tesla elektromobilləri daha yaxşı uyğunlaşır. Belə ki, sərnişin kapsulları iki əsas tələbə cavab verməlidirlər: Birincisi onlar elektrikləşdirilmiş olmalıdırlar, ikincisi isə saatda 240 km sürətlə hərəkət etməlidirlər. Təqdim olunmuş videoda tunel vasitəsilə yüksək sürətlə hərəkət edən Tesla Model X elektromobil modeli əks olunub. Gözləntilərə əsasən tunellərdə daimi olaraq The Boring Company şirkətinin özəl elektromobilləri hərəkət edəcəklər. Məsələn əgər piyada yeraltı tunel xidmətindən istifadə etmək istəsə o sadəcə olaraq tunelə eniş liftinin yaxınlığında dayanacaq Tesla elektromobilinə minərək tunelə lift vasitəsilə eniş edəcək və şəhərin istənilən yerinə səyahət edəcək.

Faktiki olaraq Musk sürətli metro ilə carsharing özəlliklərini özündə birləşdirən nəqliyyat növünü yaratmaq istəyir. Əgər irimiqyaslı tunel şəbəkəsini yaratmaq mümkün olsa, Musk-ın bu layihəsi demək olar ki, istənilən şəhər üstü nəqliyyat növünü tamamilə öldürəcək. İlkin plana əsasən Xotornda istifadəyə verilmiş tunel Los Anceles ilə Xotornu birləşdirəcək 27 km uzunluqlu tunelin bir hissəsi olacaqdı. Lakin ekoloji aktivistlərin bu layihəyə etirazları nəticəsində Musk hələlik uzun tunelin inşa edilməsini təxirə saldı. Bununla belə The Boring Company bir neçə tunnelərin inşa edilməsi üzrə planlara sahibdir. Məsələn şirkət hal hazırda Los Ancelesin mərkəzi ilə beysbol stadionunu birləşdirəcək 5 km uzunluqlu tunel üzərində çalışır və həmçinin Çikaqo ilə Vaşinqtonda yeraltı nəqliyyat növünün yaradılmasını planlaşdırır.

www.yenicag.az

3344
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100