!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elon Musk ilə birlikdə çalışmaq istəyənlərin nəzərinə

!Reklam – Yazi

Elon Musk-ın öz potensial əməkdaşlarından ali təhsili tələb edib-etməməsi barəsində suala o, öz əməkdaşlarından ali təhsili tələb etmədiyini qeyd edib.

Yenicag.az xəbər verir ki, bu mövzuda Musk öz mövqeyinə sadiq olaraq qalır.

Musk-ın fikrincə onun əməkdaşları qəliz tapşırıqları həll etmək bacarığına sahib olmalıdırlar. Diplom və təhsil isə heç nədən xəbər vermir. Bu barədə Hightech.plus saytı xəbər verib. 2014-cü ildə Almaniyanın Auto Bild adlı nəşriyyatına müsahibə verən zaman Musk bunları demişdi:

“Kollecin və ya orta məktəbin bitirilməsini təsdiq edən diploma ehtiyac yoxdur. Kimsə yaxşı universiteti bitiribsə bu o deməkdir ki, o ya böyük işlərin görülməsinə qadirdir ya da buna ümumiyyətlə qadir deyil. Məsələn, Bill Gates-ə, Larry Ellison-a və ya Steve Jobs-a baxın. Həmin şəxslər kolleci tam bitirməyiblər. Lakin onları işə götürmək əla ideya olardı”. Buna görə də Musk öz potensial əməkdaşlarında bitirilmiş yaxşı universiteti deyil diqqət çəkən bacarıqların sübutunu axtarır. Əgər həmin bacarıqlar varsa deməli həmin şəxs böyük ehtimal ilə işə cəlb olunacaq.

Musk həmçinin qeyd edib ki, o, iş axtaran ilə müsahibədən keçən zaman həmin şəxsdən öz karyerasının təsvirini və öz həyatında baş vermiş qəliz problemi necə həll etdiyini danışmasını tələb edir. Həmin şəxsin hansısa digər insanın nailiyyətini öz hesabına yazıb-yazmamasını öyrənmək üçün isə Musk danışılan problemi bütün təfərrüatlara ayırır. Belə ki, çətin problemi aradan qaldırmış şəxs bütün cavabları bilir. Qeyd etmək lazımdır ki, Elon Musk özü Pensilvaniya ştatının universitetində fizika və iqtisadiyyat üzrə təhsilini tam bitirməyib./Technote/

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv