Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Əməkdar artistdən illər sonra etiraf: “Qızlar mənə görə dava edirdi"  

Əməkdar artist, tanınmış aktyor Ənvər Həsənov gənclik illərində ən çox sevilən kişi aktyorlarından biri olduğunu deyib.

Yenicag.az-a açıqlama verən aktyor xanımlardan qutu-qutu sevgi məktubları aldığını xatırlayıb:

“Bütün Azərbaycan bilir ki, bir aktyor kimi xanımlar məni nə qədər sevib. Deyilənə görə, çox yaraşıqlı oğlan olmuşam. Kinostudiyada sevgi məktublarından tərpənmək olmurdu. Qızlar nəinki məktub yazırdılar, hətta dalımca düşüb, evimizə qədər gəlirdilər. İşdən qayıdanda, anam deyirdi ki, ay oğul, dalınca qızlar gəlmişdi. Amma mən onların sevgisindən sui-istifadə etmirdim. Məktublarına da cavab yazmırdım, çünki buna vaxtım olmurdu. Həmin vaxtlar indiki kimi boş dayanmırdıq, bütün günü filmlərə çəkilirdim”.

Əməkdar artist bu gün filmlərə çəkilmədiyindən gileylənib:

“İnsanlar mənə zəng edib deyirlər ki, niyə filmlərə çəkilmirsiniz, axı biz sizi görmək istəyirik. Oturub təklif gözləyirəm; hansı aktyor filmə çəkilmək istəməz? İndi ancaq seriallar çəkilir, mən də özümü orda görmürəm. Sağ olsunlar, dəvətlər də olur, amma nədənsə, o serialları qəbul edə bilmirəm. Mən vaxtilə korifey rejissorların filmlərinə çəkilmişəm, o cür obrazlar yaratmışam. Ürəyimcə olan ssenari, rejissor, film olsa çəkilərəm”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

384
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM