!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak bazarında yaradılan MANEƏLƏR: "Xarici vətəndaşların ölkəmizdən mənzil almaqda maraqlı olmaları üçün..." - Çıxış yolu

!Reklam – Yazi

Hazırda dünyada baş verən proseslər bir çox sahələr kimi əmlak bazarına da təsirsiz ötüşmür. Müstəqil ekspertlərə görə, bu fonda ölkəmizdə də əmlak məsələlərində bir sıra dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər xarici vətəndaşların Azərbaycandan mənzil almağa marağını artıra bilər.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə baş verən proseslərin Azərbaycanın əmlak bazarına ciddi təsiri müşahidə olunmur:

“Xüsusən də Ukraynada gedən müharibə fonunda Rusiya vətəndaşlarının Azərbaycandan kütləvi şəkildə əmlak alması müşahidə edilmir. Baxmayaraq ki, Azərbaycanda tədris rus dilində olan orta və ali məktəblər var. Eyni zamanda, ölkədə rus dili işlək dillərdən biridir. Təəssüf ki, Rusiyada yaşayan imkanlı azərbaycanlılar da bizneslərini qorumaq üçün Azərbaycandakı əmlaklarını real dəyərindən aşağı qiymətə satışa çıxarıblar. Bu vəziyyəti dəyişmək üçün Azərbaycanın əmlak bazarına yatırım etmək istəyənlərin qarşısında qoyulan əngəllər aradan qaldırılmalıdır. Bu əngəllər xarici vətəndaşlar üçün daha qabarıqdır.

Qanunvericiliyinə görə, xarici vətəndaşın ölkədə yaşamaq icazəsi alması üçün yerli banklardan birində azı 100 min manat pulu olmalı və yaxud burada aldığı evin qiyməti azı 100 min manat olmalıdır. Üstəlik, xarici vətəndaşlar üçün alqı-satqının dövlət rüsumu ölkə vətəndaşlarından 3 dəfə çoxdur. Bundan başqa, xarici vətəndaşlar müqavilə ilə mənzil ala bilməzlər. Bunun üçün onlar Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşama icazəsi almalıdırlar. Qanunla xarici vətəndaş Azərbaycandan torpaq sahəsi də ala bilməz, yalnız öz adına şirkət açıb torpağı həmin şirkətin adına ala bilər. Halbuki Rusiya-Ukrayna müharibəsi xarici vətəndaşların ölkəmizdən mənzil almaqda maraqlı olması üçün qarşımızda yaxşı imkanlar açılıb. Bu imkanlardan düzgün istifadə edilərsə, əmlak bazarında müsbət hallar yaşanacaq”.

Gülşən Şərif

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv