!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Enerji içkilərinin ölkəyə gətirilməsi qadağan edilməlidir" - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə enerji içkilərinin də qiymətləri artsa da, onlara aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngiyir.

Belə durumda enerji içkilərinin satışı ilə məşğul olan şirkətlər fürsətdən istifadə edərək PR kampaniyasına başlayıblar.

Artıq “Hell Azərbaycan” şirkətinin rəsmiləri guya müştəriləri düşündükləri üçün insan sağlamlığına zərərli olan məhsulu əvvəlki qiymətə satdıqlarını açıqlayıblar.

Bu isə şirkətin özünü reklam etməsi kimi qiymətləndirilir. Hər halda məhsulun xərcləri qalxmadığı aydın məsələdir. Aksiz və digər vergilər tətbiq olunmadan qiyməti qaldırmaları azmış kimi, hələ bir müştəriyə minnət də edirlər.

Bəlkə əsl səbəb qiymətin qalxması ilə bazarda satışın zəifləməsidir?

Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov da bu fikirdədir. Onun sözlərinə görə, ləngimə sayəsində enerji içkilərinin satışı ilə məşğul olan şirkətlər bazarı test etmək imkanı qazandılar. O, enerji içkilərinə təlabatın 80 faizə qədər azaldığını açıqlayıb:

“Bu, təbii bir prosesdir. Aydın olan bir məsələdir ki, onlar bazarı test edə bildilər. Qiymətlər qalxdığı halda bu zaman bazarda təlabat kəskin şəkildə azalacaq. Məndə olan məlumata görə, satış 80 faizə qədər azalıb. Bu növ məhsullar zəruri tələbat malları sayılmır. Gələcəkdə böyük ehtimal daha optimal qiymətlə məhsulu təklif edəcəklər. Onların gəlirinin azalacağı pronozlaşdırılır. Proses bu istiqamətdə davam edəcək”.

Yenicag.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə enerji içkilərinin ölkəmizə gətirilməsinin qadağan edilməsinin vacibliyindən danışıb. İxtisascca həkim olan Əliyev bildirib ki, bu məhsulların tərkibində insan sağlamlığı üçün zərərli olan maddələr var:

“Enerji içkiləri orqanizmin daxili mühitini pozan istehlak məhsuludur. Orqanizm durduğu yerdə çox enerji istehsal edə bilməz. Orqanizmdəki mübadilə prosesi Allah tərəfindən formalaşdırılıb. Enerjinin aşırı dərəcədə istehsalı və yaxud da insanlarda məmnunluq, gümrahlıq hissinin formalaşdırılması yalnız mövcud təbii mexanizmlərin sıradan çıxarılması hesabına yaranır. Bu, müxtəlif üsullarla həyata keçirilir. Nəticədə insanlarda alışqanlıq yaranır. Sözsüz ki, ziyanlı maddələrdi. Bunun ölkəyə gətirilməsi qadağan edilməlidir”.

Emin Səfərov

www.yenicag.az

1813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv