Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Enerji kəmərlərinin təhlükəsizliyinin NATO sammitində müzakirəsinə ciddi ehtiyac var” - Ekspert

Reklam: High Technic

“Azərbaycandan Avropaya gedən enerji kəmərlərinin təhlükəsizliyi məsələsinin NATO sammitində müzakirəsinə ciddi ehtiyac var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında NATO-nun iyunun 11-12-də olacaq Brüssel sammiti və Azərbaycan prezidenti İlham Əliyevin də orada iştirakına münasibət bildirərkən politoloq Elşən Manafov deyib:

“Düşünürəm ki, müstəqil siyasət yürüdən dövlət olaraq Azərbaycan Rusiya və İranla münasibətlərdə problemlərin yaranmaması şərtilə NATO ilə də əlaqələrinin genişləndirilməsi, inkişafı qayğısına qala bilər. Bu müstəvidə də ölkəmizin NATO ilə əlaqələri genişləndirməsi tamamilə Azərbaycanın dövlət maraqlarına cavab verir. Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. 2002-ci ildə isə bu sahədə növbəti addım atıldı. Bakı həm NATO ilə əməkdaşlıqdadır, həm də bu alyansa üzv olan Türkiyə ilə digər sahələr kimi, hərbi sahədə də ciddi əməkdaşlıq edir. Cari il Azərbaycan Türkiyə ilə birlikdə 7 hərbi təlim keçirəcək ki, onun 3-ü artıq uğurla başa çatıb. Bu isə o deməkdir ki, Azərbaycan NATO ilə münasibətlərin genişləndirilməsinin qayğısına qalır. Elə bir neçə gün əvvəl 120 nəfərlik növbəti Azərbaycan taboru Əfqanıstana göndərildi. Bu da onu göstərir ki, Bakı NATO ilə həmin istiqamətdə, xüsusən beynəlxalq terrorizmə qarşı mübarizə kampaniyası kontekstində əməkdaşlığı davam etdirir. Azərbaycan özü də Ermənistan tərəfdən dövlət terrorizminə məruz qalıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan bir dövlətdir. Ona görə dünyanın mühüm bölgəsində Azərbaycana ehtiyac duyulduğu da qəbul olunmalıdır. Bu mənada Azərbaycan prezidentinin NATO sammitinə qoşulması fonunda həmçinin Avropaya çəkiləcək neft-qaz kəmərlərinin təhlükəsizliyilə bağlı məsələ ətrafında müəyyən problemləri də müzakirə obyektinə çıxarmaq olar. Hansı ki, həmin kəmərlərin çəkilişi Moskvada rəsmi etiraz doğurmasa da, Azərbaycan Avropa enerji məkanında Rusiyaya rəqib olan dövlət təsiri bağışlayır. Ona görə də həmin kəmərlərin təhlükəsizliyi məsələsinin NATO tərəfindən müzakirəsinə ciddi ehtiyac olduğunu düşünürəm. Sammitdə Azərbaycanın gələcəkdə İranla münasibətlərinin necə olacağı məsələsinə aydınlıq gətirilməsi də təklif oluna bilər. Əlbəttə ki, Bakının mövqeyi bəllidir. Azərbaycan heç bir halda NATO-ya, ABŞ-a və digər dövlətə öz ərazisində qoşun yerləşdirməyə və buradan İrana zərbələr endirməyə imkan verməyəcək”.

Brüssel sammitində əldə oluna biləcək razılıqlara gəldikdə politoloq vurğulayıb ki, NATO-nun həmin tədbirinə maraq böyükdür:

“O anlamda ki, ABŞ-da Tramp hakimiyyətə gəldikdən sonra onun NATO-ya münasibətdə siyasətində müəyyən fərqli amillər qabarıq şəkildə özünü büruzə verməkdədir. Hər halda, Tramp bəyan etdi ki, NATO-nun maliyyə yükünü Vaşinqton sona qədər təkbaşına çəkmək fikrində deyil. Bu mesaj əslində ABŞ-ın NATO üzrə müttəfiqləri, ilk növbədə Almaniya və Fransaya yönəldilib. NATO-nun maliyyə xərclərinin 65 faizi ABŞ-ın payına düşür. Halbuki, NATO təkcə ABŞ-ın deyil ümumavropa evinin təhlükəsizliyinin qaranti kimi qəbul olunur. Bu mənada da Tramp NATO üzvlərinin öz vəsaitlərinin azı 2 faizini NATO-ya yönləndirmələrini tələb edir. Bu mesaj fonunda isə ABŞ-la Avropa dövlətləri arasında münasibətlərdə müəyyən narazılıq yaranıb. Xüsusən ABŞ-ın Avropa ölkələrinə polad və aliminium idxalı ilə bağlı gömrük rüsumlarını artırması, ticarət müharibəsi bu ölkələr arasındakı münasibətlərdə müəyyən narazılıq doğurdu. Təbii ki, Qərb ölkələri arasında münasibətlərdə yaranan bu çat daha çox Rusiyanın marağına cavab verir. Eyni zamanda bildiyiniz kimi, Trampla Avropa dövlətlərinin hökumətləri arasında İran məsələsində də anlaşmazlıq yaranıb. Avropa ABŞ-dan fərqli olaraq İranla əldə edilən razılaşmadan kənara çıxmayacağını bəyan edir. Bu anlamda da NATO-nun Brüsseldə keçirilən sammiti ciddi maraq doğurur. Bu sammitdə əsas məsələlərdən biri Avropanın gerçəkdən NATO-dan kənarda Ümumavropa ordusunun yaradılması istiqamətində hansısa addımlar atıb-atmayacağı məsələsi də ola bilər. Fikrimcə, bu ideya real deyil. Niyyət protokolu olsa da, NATO-dan kənar Avropa dövlətlərinin təhlükəsizliyi müəyyən suallar doğuracaq. Düşünürəm ki, sammitdə Avropa ölkələri alyansın maliyyə yükü ətrafında Vaşinqtonun tələb etdiyi təkliflərə yenidən baxılmasını tələb edə bilər. Lakin Trampın da bu mənada onlara güzəştə gedəcəyi inandırıcı görünmür. Hər halda Tramp NATO-nun maliyyə yükünün bir hissəsinin Avropa ölkələrinin çiyninə qoyulmasına çalışmaqda davam edəcək. Ən əsası odur ki, iyunun 12-də Finlandiyada Trampla Putinin görüşü gözlənilir. Avropa isə bu görüşdən çox narahatdır. Çünki Tramp həmin görüşdə Rusiyaya yönəlik siyasətin bütün çalarlarına aydınlıq gətirəcək. Ona görə də Putinlə olacaq həmin görüş ərəfəsində Avropa dövlətlərinin hakim dairələrinin ABŞ-la münasibətlərin pisləşməsində maraqlı olduqlarını düşünmürəm”.

ELÇİN

www.yenicag.az

1049
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS