!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Əsəd rejiminə SON XƏBƏRDARLIQ: "İstənilən nöqtədə vuracağıq...”

!Reklam – Yazi

“Bu günədək Suriyanın İdlib bölgəsində verdiyimiz şəhidlərin sayı 14-ə çatıb”.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Əsəd rejiminə fevrala qədər vaxt qoyduğunu bildirib.

Ərdoğanın sözlərinə görə, Əsəd rejiminin hərbi qüvvələri İdlibdə mülki əhaliyə müntəzəm basqın edirlər: “İdlibdə şəhidlərimizin sayı 14-ə çatıb. Hər kəs bu hadisələrə gözlərini yumsa da, arxalarını çevirsə də, əlbəttə, Türkiyə bu vəziyyətə seyrçi qalmayacaq. Əsasən, Əsəd qüvvələrinin mülki vətəndaşlara hücum etmələrinin məqsədi həmin ərazilərin tamamilə boşaldılmasıdır. Biz vədlərin yerinə yetirilməsini gözləsək də, onlar bizim əsgərlərimizi hədəfə almağa başladılar. Bundan sonra heç kimin təxribatına göz yummayacağıq və bu gündən hansısa bir yanlış hərəkətə görə Əsəd qüvvələrini istənilən nöqtədə vuracağımızı bəyan edirəm. Mehmetciklərin qanının töküldüyü yerdə heç kəsin güvəndə olmayacağını açıq şəkildə deyirəm”.

Rufina Ali

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv