Reklam: High Technic
hightechnic

Ərdoğandan Qüdslə bağlı yeni həmlə - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdslə bağlı yeni həmləyə hazırlaşır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Konyada keçirilən mitinqə telekonfransla qoşulub. Türkiyə prezidenti bildirib ki, Qüds qərarının ləğvi üçün BMT nəzdində addımlar atılacaq:

“Dünyada heç bir ölkə beynəlxalq hüquqdan artıq deyil. Həm demokratiyanın carçısı olduğunu iddia edib, həm də kefiniz istəyəndə qanunları poza bilməzsiniz. Bu biabırçılıq əsla qəbul edilə bilməz. Türkiyə qərarın ləğvi üçün əlindən gələni edəcək. Məsələ əvvəlcə BMT Təhlükəsizlik Şurasında, daha sonra isə Baş Assambleyada müzakirə olunacaq.”

www.yenicag.az

1375