!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan SÜRPRİZ ÇIXIŞ: “Qarabağdakı sülhməramlılar...”

!Reklam – Yazi

“Dağlıq Qarabağda sülhməramlılara və ya monitorinq fəaliyyətinə ehtiyac duymadan birgə yaşayışın təmin edilməsi üçün uyğun mühit yaratmaq istəyirik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra rəsmi “Telegram” hesabından açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Rusiya prezidenti Putin ilə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə-Rusiya arasındakı əlaqələrin gücləndirilməsilə bağlı atılacaq addımlar, Dağlıq Qarabağ məsələsində əldə edilən irəliləyişlər ilə atəşkəsin monitorinqini həyata keçirəcək türk-rus birgə mərkəzi ilə bağlı müzakirə apardıq.

Görüşdə Türkiyənin bölgədə sabitlik və sülh adına açılan yeni dönəmdə lazımi hər cür dəstəyi verəcəyini ifadə etdik.

Dağlıq Qarabağda sülhməramlılara və ya monitorinq fəaliyyətinə ehtiyac duymadan birgə yaşayışın təmin edilməsi üçün uyğun mühit yaratmaq istəyirik. Bu həyata keçdiyi zaman, İnşallah, bütün dünyaya türk-rus ortaqlığının nəticələrini bir daha göstərmiş olacağıq”, – deyə Ərdoğan qeyd edib.

www.yenicag.az

4227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv