Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğanı mühafizə edən alman polisləri istintaqa cəlb edildilər - Terrorçu ittihamı ilə

Almaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis zabitinin NSU adlı terror təşkilatı ilə əlaqəsi üzə çıxıb.

Yenicag.az  Anadolu Agentliyinə istinadla xəbər verir ki, polis zabitləri NSU terror təşkilatının üzvü Uve Böhnhardtinin adını çəkdikləri üçün şübhə yaradıblar. Almaniyanın Saksonya vilayətinin təhlükəsizlik xidməti bu barədə məlumat yayıb. Polislərin tutduqları vəzifədən azad olunacaqları bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə səfərdə olan Ədalət və İnkişaf Partiyasından deputat Mustafa Yeneroğlu insidentlə bağlı kəskin etirazını ifadə edib. Məlumatda qeyd olunur ki, Almaniyada 2000-2007-ci illərdə səkkizi türk olmaqla on nəfəri qətlə yetirən NSU üzvləri Saksonya əyalətində rahat yaşasalar da, indiyədək həbs edilməyiblər. Təşkilatın digər cinayətləri barədə də ətraflı məlumat mövcuddur.

www.yenicag.az

16017
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100