!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanla Baydenin gözlənilən görüşündə nəticə əldə olunacağına inam çox deyil” – AKP millət vəkili

!Reklam – Yazi

“ABŞ bu məsələlərdə öz müttəfiqinin yanında deyil, regional təhlükəsizliyə təhdid olan terrorçuların yanında yer alır”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında BMT Baş Məclisinin 77-ci sessiyası çərçivəsində baş tutacaq görüşün mümkün nəticələrini dəyərləndirən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin fikrincə, Türkiyə və ABŞ prezidentlərinin görüşünün məhsuldar keçəcəyini gözləməyə ciddi əsas yoxdur:

“Bildiyiniz kimi, Türkiyə Ukrayna müharibəsi başlayandan bu yana özünün xarici siyasətini xeyli aktivləşdirib. Bu çərçivədə prezident Rəcəb Tayyib Ərdoğanın bu savaşı bitirmək və eyni zamanda, dünyanı təhdid edən taxıl böhranının həllinə yönəlik təşəbbüsləri xüsusi qeyd olunmalıdır.

Türkiyənin artıq bir dünya dövlətinə çevrildiyini nəzərə alsaq, prezidentimizin bu təşəbbüsləri təqdir edilməli olsa da, təəssüf ki, ABŞ başda olmaqla, NATO üzrə müttəfiqlərin bir çoxu ölkəmizin maraqlarına zidd mövqe tutmaqdadır. Bu çərçivədə Suriya böhranını, terrorçuların dəstəklənməsi və Aralıq dənizində indi baş verənləri göstərə bilərik.

Lakin acınacaqlı haldır ki, ABŞ bu məsələlərdə öz müttəfiqinin yanında deyil, regional təhlükəsizliyə təhdid olan terrorçuların yanında yer alır, onları dəstəkləyir və hərtərəfli təchiz edir. Hər halda, prezidentlərin görüşündə bu kimi ciddi məsələlər müzakirə ediləcək. Ancaq bu danışıqlarda hansısa ciddi nəticənin əldə olunacağına inam azdır. Təəssüf ki, mövcud gerçəklik bunu deyir”.

A.Zeynalov

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv