Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistan işğal altındakı Azərbaycan ərazilərini azad etməlidir” – İbrahim Kalın

Reklam: Sinerji Pro

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə qon qoymalı olduğunu deyib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırım Beyazıt Universitetində Türkiyə-Rusiya münasibətlərinə həsr olunmuş konfransda çıxış edən İbrahim Kalın Ermənistan Azərbaycan münaqişəsinə də toxunub.

İbrahim Kalın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasının zəruruiliyini önə çəkib:

“Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya əhəmiyyətli rol oynamaqdadır. Təəssüf ki, Minsk qrupu üzərinə düşən missiyanı yerinə yetirmədiyi üçün Dağlıq Qarabağ məsələsi hələ də dondurulmuş münaqişə vəziyyətindədir.

Türkiyənin bu məsələdə mövqeyi aydın və qətidir. Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməsi və Qafqazda sülhün yenidən bərqərar olması üçün cəhdlər etdik.

Bu məsələdə Rusiyalı həmkarlarımızla birgə səylərimiz də oldu. Ancaq bəzi qüvvələr yenə araya girdilər və nizamlama prosesi pozuldu. Ermənistan işğalçılıq siyasətinə qon qoymalı, zəbt edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır.

İşğalçılıq siyasətinə son qoyulması ilk növbədə Ermənistanın özünə faydalı olacaq və Cənubi Qafqazda sabitliyi möhkəmləndirəcək”.

www.yenicag.az

3327
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100