!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Türkiyənin daxili işlərinə qarışmaq niyyətini gizlətmir

!Reklam – Yazi

“Dağlıq Qarabağ münaqişəsi və regional proseslər fonunda Türkiyənin etdiyi təxribatlara cavab kimi Ermənistan Türkiyənin daxili proseslərinə düşünərək qarışmalıdır”.

Yenicag.az “MediaPost”a istinadən xəbər verir ki, bu fikirlər İrəvan Dövlət Universitetinin (İDU) İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın “Facebook” səhifəsində yer alıb. O bildirib:

“Ərdoğan administrasiyasının misli görünməmiş həyasızlıq, təxribat xarakterli hərəkətlər və davranışlarını nəzərə alaraq, Ermənistan Türkiyənin daxili proseslərinə düşünərək qarışmağa başlamalıdır”.

V.Voskanyan qeyd edib ki, söhbət kürt və ələvilərlə əlaqəli məsələlərdən gedir:

“Lakin bu qarışma düzgün şəkildə proqramlaşdırılmalı və Ermənistanın Türkiyənin daxilində müttəfiqlərinin formalaşdırılmasına yönəldilməlidir”.

“Ermənistanın insan və ərazi resurslarının məhdud olması bizim intellektual üstünlüyümüzlə əvəz olunmalıdır. Bu üstünlük Ermənistanın çoxsaylı müttəfiqlərinin olmasına və düşmənin ərazisində yeni ciddi çağırışların meydana gəlməsinə yönləndirilməlidir”, – o vurğulayıb.

Görünür, ermənilər cəzasızlığa, istənilən hərəkəti etməyə icazələrinin olmasına, yaratdıqları əfsanələrə həqiqətən inanırlar. Böyük ehtimalla, Ermənistan hökuməti öz siyasətinin yürüdülməsində Fransız yazıçı və diplomat Fransua-Rene de Şatobrianın hələ XIX əsrin əvvəlində dediyi “yalan son dərəcədə böyük olanda yalana daha asanlıqla inanmaq olur” sözlərini rəhbər tutaraq, ölkəsini uçuruma doğru aparmağa davam edir.

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv