Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənilər Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar”

Reklam: Sinerji Pro

“Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər”.

“Kim burada olursa, həmin insanda bura atom bombası atıldığı hissi yaranır”.

Yenicag.az bildirir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

İ. Korotçenko deyib ki, dağıdılmış Ağdam atom bombasının atılması nəticəsində dağılmış Xirosima və Naqasakini xatırladır: “Ermənilər burada, əlbəttə, atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi buna beynəlxalq tribunalda cavab verməlidir. Bu əməli bağışlamaq mümkün deyil. Bu, insanlığa qarşı cinayətdir. Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər”.

“Biz bilirik ki, bu yaraları sağaltmaq, Azərbaycan şəhərlərini, yaşayış məntəqələrini bərpa etmək üçün uzun müddət, on illər lazımdır. Azərbaycanın bu yöndə siyasi iradəsi var. Biz əminik ki, müəyyən zaman ərzində işğaldan azad edilmiş ərazilər Azərbaycanın cənnətinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevər, dözümlü, səbrli xalqdır, dağıntıları bərpa edəcək. Bərpa edilən şəhərlər, bərpa olunan Qarabağ ölkəsinin suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həyatını qurban verən azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”, – Korotçenko əlavə edib.

Loading...

www.yenicag.az

113
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100