!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın “forpost”, yoxsa “müstəqil dövlət” DİLEMMASI: “qonşu ölkələrlə əlaqələri yaxşılaşdırsalar...”

!Reklam – Yazi

“İrəvan indi üzünü Qərbə tutaraq, birgə sərhədləri olan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağın vacibliyi haqda dediklərinə münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan hakimiyyəti tarixdən dövrümüzə qədər rusun oyuncağı olduğunu artıq anlamağa başlayıb:

“Ermənilər Roma, Bizans, sonra isə Osmanlıların tərkibində yaşayıblar. Ermənilərin türklərə qarşı ən böyük xəyanəti məhz Birinci Dünya müharibəsi zamanı türk-rus cəbhəsində qiyam qaldıraraq, rusların xeyrinə fəaliyyət göstərmələri idi. Üstəlik, bu xəyanətlərinə qarşı görülən zəruri tədbirləri indiyə kimi qondarma “soyqırımı” adı ilə təqdim edirlər.

Onların türk torpaqlarında məskunlaşmasının uzun keçmişi var. Cahan Şahın Qaraqoyunlu dövlətinin hökmdarı olduğu dövrdə Üçkilsə adlanan ərazi ermənilərin məskunlaşması üçün onlara verilib. Hazırda dünyadakı bütün ermənilər də məhz oradan idarə olunur. Biz isə keçmiş başçıların etdiyi səhvlərin əziyyətini çəkirik.

İndiki Ermənistan hakimiyyəti tarixdən dövrümüzə qədər rusun oyuncağı olduğunu anlayıb üzünü Qərbə tutaraq, birgə sərhədləri olan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır. Ermənistanın bu addımı reallıqdan qaynaqlansa da, oradakı revanşist və qatı millətçi qüvvələr hələ fəaliyyətdədir.

Lakin əgər həqiqətən, sözlərini əmələ çevirib qonşu ölkələrlə əlaqələri yaxşılaşdırsalar, erməni xalqının xeyrinə iş görmüş olarlar. Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın forpostu olmaqdan qurtarıb müstəqil dövlət etmək niyyətini gerçəkləşdirməyə çalışır.

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı məsələləri İranla müzakirə etdikdən sonra Ermənistan ayılıb. Əvvəl Bakı-Ceyhan kəmərindən kənarda qalan Ermənistan indi Zəngəzur şansını əlindən çıxarmaq istəmir. Ona görə də hazırda tarixə nisbətən daha obyektiv yanaşmalarla çıxış etməyə başlayıblar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv